“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ekskursiya təşkil edilib

17/06/2026, 10:48
xeber1

15 İyun Milli Qurtuluş Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbdə çalışan ittifaq üzvləri üçün Quba rayonuna ekskursiya təşkil olunub.


Ekskursiyanın məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, vətənimizin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaqdır. 


Ekskursiyada iştirak edən ittifaq üzvləri yaradılan şəraitə görə Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinə təşəkkürünü bildiriblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: