“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15.10.2025-ci il tarixində “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

15/10/2025, 20:32
xeber1

ETİHİ Mingəçevir şəhər komitəsi, MARTi-nin Mingəçevir şəhər üzrəTəhsil Sektoru və Mingəçevir Şəhər Polisilə birgə gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda Mingəçevir şəhər ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilmişdir.  Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə təbliğat işlərini daha da gücləndirmək məqsədilə Mingəçevir şəhər ümumtəhsil müəssisələrində polisin maarifləndirici tədbirləri davam edir. Bu dəfə belə maarifləndirici tədbir şəhərin Milli Qəhrəman N.Qasımovun adını daşıyan 4 saylı tam orta məktəbdə keçirilib.

ETİHİ Mingəçevir şəhər komitəsi, MARTi-nin Mingəçevir şəhər üzrəTəhsil Sektoru və Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə aktual mövzu ilə əlaqədar keçirilən tədbirin əsas məqsədi narkomaniya və onun fəsadları, yol hərəkətinin təhlükəsizliyi və digər zərərli vərdişlərə qarşı yeniyetmələri maarifləndirilib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda geniş məlumatlar verib.

Polis rəisi Ədalət Əliyev mövzu ilə bağlı narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərləri barədə şagirdlərə ətraflı məlumat verib, səbəb olduğu faciələrdən real faktlara istinad edib. O, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. Rəis bildirib ki, narkomaniyanın qurbanına çevrilən gənclər bu yola məlumatsızlıqdan və iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələcək müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Ədalət Əliyev, həmçinin, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb və yeniyetmələrə belə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib.

 Bundan əlavə, tədbir çərçivəsində antinarkotik təbliğatın gücləndirilməsi və digər zərərli vərdişlərə qarşı Polis Şöbəsinin digər əməkdaşları da çıxış edərək şagirdləri maarifləndiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

“Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

 


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: