Xəbərlər
16 mart 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərinin təhsil müəssisələrində çalışan şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün iftar süfrəsi təşkil edilmışdir.

16 mart 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərinin təhsil müəssisələrində çalışan şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün iftar süfrəsi təşkil edilmışdir. Tədbirdə Şirvan şəhər Təhsil Sektorunun müdiri, şəhid ailələri və qazilərin çalışdıqları təhsil müəssisələrinin rəhbərləri, ETİHİ Şirvan Şəhər Komitəsinin sədri çıxış edərək Ramazan ayının paklıq və bərəkət ayı olmasından, şəhid ailələrinin şəhid olmuş qəhrəman balalarının şücaətlərindən geniş məlumat verdilər. Sonda tədbir iştirakçıları onlar üçün təşkil olunmuş iftar süfrəsinə görə həmkarlar komitəsinə öz minnətdarlıqlarını bildirdilər.











