“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

16 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur.

17/03/2026, 09:34
xeber1

16 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı və Kürdəmir rayonu üzrə Təhsil Sektorunun birgə dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunmuşdur. Tədbirdə təhsil sahəsində çalışan şəhid ailələrinin üzvləri, müharibə veteranları və həmkarlar ittifaqının üzvləri iştirak etmişlər.


Tədbirdə əsas məqsəd həmkarlar ittifaqı üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, eləcə də qarşılıqlı ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.


Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: