“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

16 nömrəli körpələr evi-uşaq bağçasında AHİK+ platformasının təqdimatı keçirilib

06/11/2026, 12:15
xeber1

ETİHİ Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilat olan 16 nömrəli körpələr evi-uşaq bağçasında AHİK+ platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüş keçirilib.


Görüşdə ETİHİ Nəsimi Rayon Komitəsinin əməkdaşı Pərvanə Əsədova iştirakçılara AHİK+ platformasının əsas məqsədi, imkanları və üstünlükləri barədə ətraflı məlumat verib. O, platformanın həmkarlar ittifaqı üzvləri üçün yaratdığı imkanları, elektron xidmətlərdən istifadə qaydalarını və qeydiyyat prosesinin mərhələlərini izah edib.


Təqdimat zamanı platformada qeydiyyatdan keçmə, şəxsi kabinetin yaradılması və mövcud xidmətlərdən səmərəli istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılaşa biləcəkləri texniki məsələlərlə bağlı müvafiq izahatlar verilib.


Görüşün əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin rəqəmsal imkanlardan istifadəsini genişləndirmək, AHİK+ platforması haqqında məlumatlılığı artırmaq və elektron xidmətlərə əlçatanlığı təmin etmək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: