“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

161№li TAM ORTA MƏKTƏBİNİN İTTİFAQ ÜZVLƏRİNİN QUBA SƏFƏRİ

30/06/2026, 12:09
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 161 saylı tam orta məktəbin ittifaq üzvləri üçün Quba rayonuna bir günlük səfər təşkil olunub.

Səfər çərçivəsində ittifaq üzvləri Quba rayonunun zəngin təbiəti, tarixi-mədəni məkanları və gözoxşayan guşələri ilə yaxından tanış olublar. Füsunkar dağ mənzərələri, yaşıllıqlarla əhatə olunan təbiət və rayonun özünəməxsus ab-havası ittifaq üzvlərində xoş təəssüratlar yaradıb.

Təşkil olunan səfər ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, gündəlik iş fəaliyyətindən bir qədər uzaqlaşaraq mənalı istirahət etmələrinə və həmkarları ilə səmimi ünsiyyət qurmalarına əlverişli şərait yaradıb. Birgə keçirilən bu səfər kollektiv üzvləri arasında birlik, həmrəylik və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verib.

Səfər zamanı çəkilən xatirə şəkilləri, səmimi söhbətlər və xoş anlar ittifaq üzvlərinin yaddaşında unudulmaz xatirələr kimi qalıb. Qubanın təbii gözəllikləri və qonaqpərvərliyi bu səfəri daha da yaddaqalan edib.

İttifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkana, göstərilən diqqət və qayğıya, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: