“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

165 saylı körpələr evi-uşaq bağçası tərəfimizdən təbrik edildi

22/05/2026, 12:07
xeber1

ETİHİ Nərimanov RK olaraq ömrünün 65-ci baharını qarşılayan 165 saylı körpələr evi - uşaq bağçasının rəhbəri - Sənubər Əkbərovanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik!

Göstərdiyi zəhmət, rəhbərlik etdiyi kollektivdə formalaşdırdığı sağlam və mehriban mühit, balaca fidanların inkişafına verdiyi töhfələr Sənubər xanımın peşəsinə necə böyük sevgi və məsuliyyətlə yanaşdığının bariz nümunəsidir.

İnsan həyatında elə peşələr var ki, onların təsiri illərlə yaşayır. Məktəbəqədər təhsil də məhz belə müqəddəs sahələrdəndir. Çünki uşağın ilk sosiallaşması, ilk sevgisi, ilk güvəni və ilk öyrənmə təcrübəsi məhz burada formalaşır. Bu məsuliyyətli missiyanı illərlə ləyaqətlə daşımaq isə böyük ürək və səbr tələb edir.

Sənubər xanıma möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: