Xəbərlər
167№Lİ TAM ORTA MƏKTƏBİNİN İTTİFAQ ÜZVLƏRİNİN MASALLIYA XOŞ SƏFƏRİ

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 167 saylı tam orta məktəbin ittifaq üzvləri üçün Masallı rayonuna bir günlük səfər təşkil olunub.
Azərbaycanın füsunkar təbiəti və zəngin turizm potensialı ilə seçilən Masallı rayonu ittifaq üzvlərinə xoş və yaddaqalan anlar bəxş edib. Səfər çərçivəsində rayonun görməli məkanları ziyarət olunub, təbii gözəllikləri, yaşıllıqlarla əhatə olunan istirahət guşələri və özünəməxsus mühiti ilə yaxından tanışlıq imkanı əldə edilib.
Bir günlük səfər kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, gündəlik iş gərginliyindən uzaqlaşaraq mənalı istirahət etmələrinə şərait yaradıb. Səfər boyunca həmkarlar arasında səmimi ünsiyyət, qarşılıqlı fikir mübadiləsi və xoş söhbətlər kollektiv daxilində birlik və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.
Masallının təmiz havası, təbii gözəllikləri və sakit atmosferi ittifaq üzvlərində xoş təəssüratlar yaradıb. Birgə keçirilən bu səfər iştirakçılar üçün həm istirahət, həm də yeni təəssüratlar qazanmaq baxımından yaddaqalan olub.
Səfərin sonunda ittifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkana, göstərilən diqqət və qayğıya, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.




