Xəbərlər
17 Noyabr - Beynəlxalq Tələbə Günü qeyd edilib

17 Noyabr 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə liseyində Beynəlxalq Tələbə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə liseyin bir qrup müəllim və tələbə heyəti ilə yanaşı, bir vaxtlar burada təhsil almış, hal-hazırda müxtəlif peşə sahələrində uğur qazanmış məzunları və ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib.
Çıxış edən qonaqlar tələbə gənclərlə uğur hekayələrini bölüsərək, onlara parlaq təhsil həyatı və nailiyyətlər arzulayıblar.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Beynəlxalq Tələbə Günü münasibətilə liseyin tələbələrini təbrik edərək, qeyd edib ki, tələbəlik insan həyatının ən gözəl, ən məsuliyyətli və unudulmaz dövrlərindən biridir. Bu dövr yalnız bilik qazanmaq deyil, həm də şəxsiyyət kimi formalşmaq həyat məqsədlərini müəyyənləşdirmək, gələcəyə inamla addımlamaq mərhələsidir. Komitə sədri bildirib ki, müasir dövrdə ölkənin inkişafı yalnız ali təhsilli mütəxəssislərdən deyil, həm də öz peşəsini dərindən bilən, bacarıqlı, təşəbbüskar və zəhmətsevər kadrlardan asılıdır.
Daha sonra Aynur Əsgərova nümunəvi davranışı, davamiyyəti və təhsildə göstərdiyi uğurlu nəticələrə görə 4 nəfər tələbəni Fəxri Fərmanla təbrik edərək, onların ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə inandığını vurğulayıb.















