Xəbərlər
17 Noyabr – Milli Dirçəliş Günü!
17/11/2026, 10:00

17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin nəzdində olan ilk təşkilatlarda silsilə tədbirlər keçirildi.
Tədbirlərdə xalqımızın milli azadlıq mübarizəsi, birlik və həmrəylik ruhu, müstəqilliyə gedən tarixi yol haqqında söhbətlər aparıldı.
Bu cür tədbirlərdən biri də 113 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirildi.
Dəyirmi masada məktəbin təşkilatçı müavini X. Fərzəliyeva, kitabxanaçı X. Ağayeva, psixoloq R. Ağayeva, Həmkarlar Təşkilatının sədri A. Balaəliyeva və məktəbin 10-cu sinif şagirdləri iştirak etdilər.
Milli birliyimiz, azadlığımız və müstəqilliyimiz daim var olsun!






