Xəbərlər
17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş qadınlar arasında stolüstü tennis turniri keçirilib!

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş qadınlar arasında stolüstü tennis turniri təşkil olunub.
Turnirin əsas məqsədi tələbələr arasında idmana marağı artırmaq, sağlam rəqabət mühiti formalaşdırmaq və onların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Turnirin qalibləri:
I yer — “Mühəndislik” fükültəsinin tələbəsi Ayan Rəhimli
II yer — “UNEC Dizayn Məktəbi”nin tələbəsi Cansu Məmmədsoy
III yer — “UNEC Dizayn Məktəbi”nin tələbəsi Sona Süleymanova
Turnirdə iştirak edən bütün tələbələrə fəallıqlarına və nümayiş etdirdikləri idman ruhuna görə təşəkkür edir, qalib olan tələbələrimizi təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq!












