“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

175 №li TAM ORTA MƏKTƏBİNİN İTTİFAQ ÜZVLƏRİ QUBADA

30/06/2026, 11:56
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 175 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Quba rayonuna bir günlük gəzinti təşkil olunub.

Səfər zamanı ittifaq üzvləri Azərbaycanın zəngin təbiəti və füsunkar mənzərələri ilə seçilən Quba rayonunun görməli məkanlarını ziyarət edib, bölgənin tarixi, mədəni irsi və təbii gözəllikləri ilə yaxından tanış olublar. Qubanın özünəməxsus təbiəti, sərin iqlimi və əsrarəngiz mənzərələri ittifaq üzvlərində xoş təəssüratlar yaradıb.

Təşkil olunan gəzinti ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, gündəlik iş fəaliyyətindən bir qədər uzaqlaşaraq mənalı istirahət etmələrinə və həmkarları ilə daha səmimi ünsiyyət qurmalarına şərait yaradıb. Səfər boyunca keçirilən xoş söhbətlər və çəkilən xatirə şəkilləri bu günü daha da yaddaqalan edib.

Qubanın zəngin təbiəti və qonaqpərvərliyi ittifaq üzvlərində xüsusi məmnunluq doğurub. Birgə təşkil olunan bu səfər kollektiv üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

İttifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğı, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə , Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: