“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

18 aprel 2025-ci il tarixində Göygöl rayonu Kərəmli kənd tam orta məktəbinin müəllimi Vəliyev Kamandar Tahir oğlunun səhhətində yaranan problem nəzərə alınmaqla ona məzuniyyətin verilməsi, həmçinin ailə vəziyyətinin ağırlığı və mənzil şəraitinin çətinliyi nəzərə alınmaqla maddi yardımın verilməsi barədə məsələlər məktəbin Həmkarlar Komitəsinin iclasında müzakirə olunub. Yekunda iclasın protokolu tərtib olunub.

21/10/2025, 07:21
xeber1

İclasın yekununda müvafiq kollektiv sazişin 3.1.7 maddəsini rəhbər tutmaqla, Vəliyev Kamandar Tahir oğluna 2 aylıq ödənişsiz məzuniyyətin verilməsi barədə, o cümlədən maddi yardımın verilməsi barədə qərar qəbul edilib.

ATİAHİ Göygöl Rayon Komitəsi qərarın icrasını təmin edərək, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adından Kamandar müəllimin səhhətində yaranan narahatçılığı və maddi vəziyyətini nəzərə alaraq, maddi yardımın verilməsi və ailəyə ərzaq sovqatının verilməsini təmin edib.

Kamandar müəllim və onun ailə üzvləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyinə göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirib.

ATİAHİ - nin Göygöl Rayon Komitəsi gələcək fəaliyyətlərində təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması işini bundan sonra da davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: goygol.hemkarlar.rk@mail.ru

#AHİK

#ATİAHİ

#ATİAHİninGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image

Sosial şəbəkələrdə paylaş: