Xəbərlər
18 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq şahmat yarışının keçirilməsi.

18 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin və Astara rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri arasında şahmat turniri keçirilmişdir.
Yarışın əsas məqsədi ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında intellektual idman növü olan şahmatın təbliği, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkili olmuşdur.
Yarışın nəticələrinə əsasən:
I yerə Astara rayonu Tüləgüvan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İsayev İqbal Mirzəhəsn oğlu,
II yerə Astara rayonu Pensər kənd 2 saylı tam orta məktəb-liseyin fiziki tərbiyə müəllimi Məcidov Eldəniz İsbət oğlu,
III yerə isə Astara şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fətəliyev Səbuhi İlyas oğlu layiq görülmüşlər.
Qaliblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən "Fəxri Diplom", medal və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Qalibləri səmimi-qəlbdən təbrik edir, turnirdə iştirak edən bütün müəllimlərə təşəkkürümüzü bildiririk.











