“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

18 May Beynəlxalq Muzeylər Günüdür.

22/05/2026, 18:34
xeber1

Dünyada o cümlədən Azərbaycanda da 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.Muzeylər Günü ilə əlaqədar Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova,Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Gülbuta Məlikova , şəhər ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak edirdi.Çıxış edənlər vurğuladılar kı, 1977-ci ildən 18 may Beynəlxalq Muzeylər Şurası tərəfindən Muzeylər Günü kimi qeydə alınmışdır. Hər il Muzeylər Günü bir deviz altında keçirilir, bu il isə “Parçalanmış dünyanı muzeylər bərpa edəcək” adı ilə qeyd olunur. Beynəlxalq Muzeylər Günündə artıq mütəmadi bir hal kimi rayonun istedadlı şagirdlərinin sərgisi nümayiş etdirilir. Bu ilki sərgimiz  “İstedadlar sorağında” adlı layihənin “Rəngli dünyam mənim “ nominasiyası altında keçirilib və  Talış kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Süleymanova Könül Taleh qızı ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif edildi.Gənc rəssam qızımıza fəaliyyətində uğurlar arzulayırıq. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: