“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

18 noyabr 2026-cı il tarixində UNEC-in Qiyabi və Əlavə Təhsil mərkəzinin tələbəsi şəhid Əsəd Əsədlinin şəhadətinin 6-cı ildönümü yad edildi.

18/11/2026, 16:39
xeber1

Əsəd Mahir oğlu Əsədli 17 iyun 1995-ci ildə Masallı rayonunun Çayqıraq kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, Naxçıvanda kəşfiyyatçı kimi xidmət edib. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xocavənd döyüşləri zamanı mühasirəyə düşmüş 21 yaralı əsgər yoldaşını xilas etmişdir.

9 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əsəd Əsədli noyabrın 18-də II Fəxri xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin anım günü münasibətilə Qiyabi və Əlavə Təhsil mərkəzinin direktoru Tanrıverdiyev Səbuhi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal tələbələr şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: