Xəbərlər
18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü Şəmkirdə qeyd olunub.

Bu gün Şəmkir rayonunda 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə vətənpərvərlik ruhunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb. Bu anlar hər bir iştirakçı üçün qürur və
duyğu dolu məqam olub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı Şəmkir Rayon Komitəsinin sədri, təhsil sektorunun müdiri, məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələri, eləcə də ümumtəhsil məktəblərinin
müəllimləri, şəhid ailələri və xüsusilə şəhid anaları iştirak ediblər.
Çıxış edənlər müstəqilliyimizin bərpasında
xalqımızın göstərdiyi əzmkarlıqdan, Ulu Öndər Heydər Əliyevin bu prosesdəki
böyük xidmətlərindən və müstəqil Azərbaycanın güclü dövlət kimi formalaşmasında
onun əvəzsiz rolundan danışıb, iştirakçıları vətənə sevgi, azadlığa qürur və
müstəqilliyə sədaqət ruhunda birləşdiriblər.
Tədbirin sonunda təhsil işçilərinə fəxri fərmanlar
və qiymətli hədiyyələr təqdim olunub.




































