Xəbərlər
18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin fəaliyyət planına uyğun olaraq təhsil işçiləri arasında şahmat idman yarışı keçirilib

18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin fəaliyyət planına uyğun olaraq təhsil işçiləri arasında şahmat idman yarışı keçirilib.Yarış ETİHİ Yevlax Şəhər Komitəsi ,Yevlax Rayonu üzrə Təhsil Sektoru və UGİŞM - in birgə təşkilatçılığı ilə təşkil edilib.
I,II,III yerlərin qalibləri, fəal iştirakçılar və hakimlər kubok ,Fəxri fərman, hədiyyə ilə mükafatlandırılıblar.
UGİŞM -in direktoru isə ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə və səmərəli fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib.
Sonda xatirə şəkilləri çəkilib.
Göstərilən diqqət və qayğıya,dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik.















