“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib

16/10/2026, 11:40
xeber1

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında tədbirlər keçirilib.

Keçirilmiş ​tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirlərdə məktəb rəhbərlikləri ,tarix müəllimləri çıxış edərək şagirdlərə Azərbaycanın müstəqillik tarixi, milli dövlətçilik ənənələri və müstəqilliyimizin qorunmasının əhəmiyyəti haqqında məlumat verilib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, nəğmələr ifa olunub.

​​Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!

Yaşasın Müstəqil Azərbaycan!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: