Xəbərlər
18 sentyabr – Milli Musiqi Günüdür

18 sentyabr dahi Azərbaycan bəstəkarı, milli musiqi sənətimizin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar olaraq ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin və milli mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş, zəngin yaradıcılığı ilə milli musiqi tariximizdə silinməz iz qoydur.
18 sentyabr – Milli Musiqi Günü münasibətilə Ağcabədi rayonunda mədəniyyət işçilərinin təşkilatçılığı ilə geniş tədbir proqramı həyata keçirilib.
Tədbirdə təhsil müəssisələrinin nümayəndələri, müəllimlər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbir çərçivəsində milli musiqimizin təbliği və Üzeyir Hacıbəyovun zəngin irsinin tanıdılması istiqamətində müxtəlif təqdimatlar və musiqi nümunələri nümayiş etdirilib.













