“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

183 nömrəli tam orta məktəbin kollektivi Quba rayonuna ekskursiya edib

02/07/2026, 12:35
xeber1

Əməkdaşların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə 30 iyun 2026-cı il tarixində Xəzər rayonu 183 nömrəli tam orta məktəbin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.

Ekskursiya zamanı iştirakçılar Quba rayonunun füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, istirahətlərini səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər. Səfər kollektiv üzvləri arasında ünsiyyətin daha da möhkəmlənməsinə, əməkdaşlıq münasibətlərinin inkişafına və unudulmaz təəssüratların formalaşmasına töhfə verib.

Səfər iştirakçıları yaradılan bu imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosialyönümlü tədbirlərin davamlı təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: