“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

19 yanvar 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

25/02/2026, 13:39
xeber1

20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində həm böyük faciə, həm də milli oyanış günü kimi yadda qalmışdır. 20 Yanvar faciəsi Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən ağrılı, lakin həlledici mərhələlərdən biri kimi tarixə düşmüşdür. Tədbirdə faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Dəyirmi masanı giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu faciənin xalqın milli iradəsini sarsıda bilmədiyini, əksinə, Azərbaycanın müstəqillik yolunda ilk və qətiyyətli addımlarından biri olduğunu vurğulayıb.

     Dəyirmi masanın keçirildiyi zaman professor-müəllim heyətinin üzvləri və elmi tədqiqat laboratoriyasının bir neçə əməkdaşı çıxış etmişdilər.

    Bədii hissədə bəstəkarlıq kafedrasının tələbələri bəstələdikləri kiçik formalı əsərlərini ifa etmişlər.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla yad olunması, tarixi yaddaşın qorunması və gənc nəsillərə azadlıq ideyalarının çatdırılması baxımından böyük əhəmiyyət kəsb edib.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: