Xəbərlər
19.06.2026-cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri qeyd edilib Balakən şəhər Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində

19.06.2026-cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Balakən şəhər Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində Əhmədova Şərafət Bəhram qızı, Musayeva Arzu Səttar qızı, İbrahimova Məhəbbət Şaban qızının yubiley tədbiri qeyd edilib. ETİHİ Balakən rayon komitəsinin hədiyyəsi çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri- Əhmədova Şərafət Bəhram qızına, Musayeva Arzu Səttar qızına, İbrahimova Məhəbbət Şaban qızına təqdim edildi. Göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları Azərbaycan Həmkarlar İttifaqı Komitəsinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirdilər. ETİHİ Balakən rayon komitəsi adından Əhmədova Şərafət Bəhram qızına, Musayeva Arzu Səttar qızına, İbrahimova Məhəbbət Şaban
qızına can sağlığı, işlərində uğurlar, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.





