Xəbərlər
195 nömrəli məktəbin kollektivi Qubada istirahət edib
13/07/2026, 11:35

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 195 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Quba rayonuna istirahət-gəzinti səfərində iştirak edib.
Səfərin məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi və onlara mənəvi dəstəyin göstərilməsi olub. İştirakçılar Qusarın füsunkar təbiəti və görməli məkanları ilə tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar.




