Xəbərlər
1993-cü il Kəlbəcərin işğal günü.

2 aprel 1993-cü il
İşğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. Bu hadisə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması ilə yanaşı, beynəlxalq hüquq normalarının da ciddi şəkildə pozulması kimi qiymətləndirilir. İşğal nəticəsində rayonun əhalisi ağır humanitar vəziyyətlə üzləşmiş, minlərlə insan öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm rol oynamışdır. 27 sentyabr 2020-ci ildə mənfur düşmənin hücumunu dəf etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirərək uzun illər işğal altında olan Azərbaycan torpaqlarını azad etdi və bununla da tarixi ədalət bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu-xalq birliyi öz sözünü dedi, “Dəmir Yumruq” düşmənin başını əzdi.
Kəlbəcərin işğaldan azad olunması Azərbaycan tarixinə şanlı bir gün kimi əbədi yazıldı. Bi tarixi yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Azərbaycan ordusuna minnətdarıq. Bu Zəfər yolumuzda canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.



