Xəbərlər
1C Proqramı üzrə Təlim Bərdədə keçirildi.
26/11/2025, 17:13

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və “Siesco” MMC-nin dəstəyi ilə komitə sədrləri və mühasibləri üçün maliyyə və mühasibatlıq istiqamətində 1C proqramı üzrə təlim keçirilib.
Təlim Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə baş tutub. Bərdə, Ağdam, Xocalı, Ağcabədi, Şuşa, Tərtər, Füzuli rayon komitələri və Mingəçevir Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.
Proqram təlimçilər Ramazan Hüseynov, Mirsənan Abdullazadə və Nihat Xasıyev tərəfindən təqdim olunub.
Təlim zamanı iştirakçılar proqramın tətbiqi, hesabatların hazırlanması və gündəlik iş prosesində istifadəsi ilə bağlı praktiki biliklər əldə ediblər.





