Xəbərlər
"1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib.
01/06/2026, 16:24

Salyan rayon Heydər Əliyev mərkəzində keçirilən tədbir YAP Salyan Rayon Təşkilatı və ETİHİ Salyan Rayon Komitəsinin birgə təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə iştirak edən şəhid övladlarının hər birinə hədiyyələr paylanılıb.
Çıxıs edənlər torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsini sevgi və ehtiram hissi ilə yad edərək, onların yadigarlarını bayram münasibətilə təbrik ediblər. Analar övladlarının əmanətlərinə olan qayğı və diqqətə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Səslənən musiqilər iştirakçılarda xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, tədbirin daha yaddaqalan olmasına səbəb olub.















