Xəbərlər
2 Fevral - Gənclər Günü.

Gənclər Günü münasibətilə Balakən rayonunda rəsmi tədbir keçirilmişdir. Tədbirdə ETİHİ Balakən rayon komitəsinin sədri Ramazan Molulov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik etmiş və onların ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirakının vacibliyini vurğulamışdır. Tədbirdə həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon sektoru əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbəqədər müəssisələrin gəncləri iştirak etmiş, gənclərin təhsil sahəsində əldə etdikləri nailiyyətlər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparmışlar. Çıxışlar zamanı gənclərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi qeyd olunmuşdur.
Gəncləri Gənclər Günü münasibətilə bir daha təbrik edir və onlara gələcək həyatlarında uğurlar arzulayırıq.





