“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral - Gənclər günü

11/02/2026, 17:03
xeber1

ETİHİ Zəngilan rayonu Komitəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsinin tabeliyində olan müəssisələrdə çalışan, səmərəli fəaliyyətinə görə seçilən gənc təhsil işçiləri iştirak edirdilər. İşğaldan azad olunmuş Ağalı kənd tam orta məktəbinin fəal gənclərini də tədbirdə görmək xüsusi sevindirici hal idi. Gənclər fəxri fərman və hədiyyələrlə təltif edildilər. Sonda xatirə şəkilləri çəkilib. İttifaq üzvləri gənclərə göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: