“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 fevral - Azərbaycan Gəncləri Günüdür

02/02/2025, 18:21
xeber1

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1997-ci ildə Ulu Öndər H.Əliyevin sərəncamı ilə Azərbaycan Gənclərinin I Forumunun keçirildiyi gün 2 fevral “Milli Gənclər Günü” elan edilib.

Dövlətimizin gənclər siyasəti Azərbaycan Respublikasının mühüm istiqamətidir. Gənclər cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatında mühüm rola malikdir.

Azərbaycanda hər il gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər və fəallar qiymətləndirilirlər.

ATİAHİ Səbail Rayon Komitəsi gənc nəslin müstəqil həyata hazırlanmasında əməyi olan və təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən təhsil işçilərini təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırdı.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: