Xəbərlər
"2 Fevral- Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş şahmat idman növü üzrə Goranboy rayon turniri keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "2 Fevral- Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş şahmat idman növü üzrə Goranboy rayon turniri keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçılarına "2 Fevral – Azərbaycan Gəncləri Günü"nün tarixi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu əlamətdar tarix ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Gənclərin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadıqları vurğulandı. Turnirin yekununda I, II, III yerləri tutmuş idmançılar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən diplom və medallarla mükafatlandırıldı.











