Xəbərlər
2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib.

02.02.2026-cı il tarixində Qəbələ rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, ETİHİ-nin Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, şəhid ailələrinin üzvləri və təhsil işçiləri iştirak ediblər.
Təhsil işçiləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, gənclərə göstərilən diqqət və qayğıdan, onların yüksək mənəvi dəyərlərə malik olmasından, eləcə də əldə olunan tarixi Zəfərdə gənclərin mühüm rolundan və cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs ediblər.
Tədbir çərçivəsində bir qrup gənc təhsil işçisinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim edilmiş, gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Sonda tədbir şagirdlərin ifasında 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam etdi.



























