Xəbərlər
2 Fevral – Azərbaycan Gənclər Günü qeyd olundu

2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə Qubadlı Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qubadlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində çalışan gənc müəllimlərin iştirakı ilə tədbir keçirildi.
Tədbiri Qubadlı Rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov açaraq iştirakçıları salamlayıb. Ümummilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər ETİHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Qubadlı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, Hafiz Quliyev adına Çaytumas kənd məktəb liseyinin direktoru Ramil Allahverənov, İlk Təşkilat sədri Məhəmməd Qasımov, gənc müəllimlərdən Aygün Əlizadə, Dəstəgül Əsədova, İlahə Hüseynli, Röya Bəhrəmli, Pərvanə Abdulrəhmanova Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə gənclərə göstərilən diqqət və qayğıya, bu istiqamətdə yaradılan şəraitə görə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda gənc müəllimlərə hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi.









