Xəbərlər
2 Fevral – Azərbaycan Gəncləri Günü
12/02/2026, 05:32

2 fevral 2026-cı il tarixində Siyəzən şəhər üzrə Təhsil Sektorunun təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin iştirakı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd gənclərin cəmiyyətdə rolunun artırılması, onların fəallığının təşviqi və əməyinin qiymətləndirilməsi olmuşdur.
Tədbir çərçivəsində təhsildə və ictimai fəaliyyətlərdə fərqlənən fəal gənc 3 ittifaq üzvü Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.












