Xəbərlər
2 Fevral – Azərbaycan Gəncləri Günü
12/03/2026, 10:04

Azərbaycan gəncliyinin cəmiyyətdəki rolunu və fəallığını təşviq etmək məqsədilə Həmkarlar İttifaqının təşkilatçılığı ilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində gənclərin ictimai və təhsil həyatında fəal iştirakını dəstəkləmək məqsədilə bir neçə müəllim və tələbələr səmərəli fəaliyyətlərinə görə təltif olunmuşdur. Keçirilən tədbir gənclərin motivasiyasının artırılmasına, onların potensialının üzə çıxarılmasına və kollecdə sağlam mühitin formalaşmasına xidmət etmişdir. Bu əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edir, onlara uğurlu gələcək arzulayırıq. Siz bizim gələcəyimiz, ümidimiz və gücümüzsünüz. Daim irəli gedin və özünüzə inanın. Gənclik – inkişafın və gələcəyin əsas gücüdür! Bayramınız mübarək!





