Xəbərlər
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Laçın rayon məktəblərinin gənc müəllimləri ilə görüşlər keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən Laçın rayon məktəblərində çalışan gənc müəllimlərlə görüşlər keçirildi. Görüşlər zamanı gənclərin təhsil sahəsindəki rolu, müəllim peşəsinin məsuliyyəti və gənc müəllimlərin üzərinə düşən vəzifələr barədə səmimi söhbətlər aparıldı.
Tədbir çərçivəsində təhsil sahəsində yüksək nəticələr göstərən bir sıra gənc müəllimlər Gənclər Günü münasibətilə hədiyyələr və fəxri fərmanlarla təltif olundu. Bu təşəbbüs gənc müəllimlərə dəstək olmaq və onların əməyinə göstərilən diqqət və qayğının ifadəsi idi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi gənc müəllimlərin peşəkar fəaliyyətində daim uğurlar arzulayır!












