“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü Xaçmaz rayonunda da qeyd olundu.

03/02/2026, 09:56
xeber1

Xaçmaz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan gəncliyinin inkişaf yolu, dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərinə dair videoçarx nümayiş etdirildi və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə, xüsusilə gənclərin rifahının yüksəldilməsi, təhsil, idman və sağlamlıq istiqamətlərində gördüyü işlər gənclər üçün geniş imkanlar yaradılması da diqqətə çatdırıldı

Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən və müxtəlif sahələrdə çalışan bir qrup təhsil işçiləri olan gənclər -ittifaq üzvləri üçün çay süfrəsi təşkil edildi.

Bayram tədbiri geniş konsert proqramı ilə davam etdi.

Şən mahnı və rəqslər gənclərdə xoş əhval-ruhiyyə yaratdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: