“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral ETİHİ Tovuz rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir.

10/03/2026, 14:50
xeber1

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə təhsil müəssisələrində çalışan gənc həmkarlar ittifaqı üzvləri, müəllimlər və ictimai fəallar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda həyatını itirmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün dövlət tərəfindən ardıcıl şəkildə davam etdirilir. Gənclərin təhsildə, elmdə və ictimai həyatda fəallığı ölkənin gələcək inkişafında mühüm rol oynayır. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı gənc təhsil işçilərinin peşəkar inkişafına, sosial rifahına və təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm verir.

Tədbir çərçivəsində gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında səmimi müzakirələr aparılıb. Fəallığı ilə seçilən gənclərə təşəkkür ifadə olunub, gələcək fəaliyyətlərdə uğurlar arzulanıb.

Tədbir gənclərin birlik, həmrəylik və məsuliyyət ruhunda yetişməsinə töhfə verən əhəmiyyətli görüş kimi dəyərləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: