“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral "Gənclər günü"

31/01/2026, 15:05
xeber1

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib

30 yanvar 2026-cı il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2 Fevral – Gənclər Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.Konfransda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova, Sabunçu Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ədalət Teymurov, ilk həmkarlar təşkilatlarının sədrləri və gənc ittifaq üzvləri iştirak edib.

Tədbiri açıq elan edən Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov iştirakçıları salamlayıb, konfransın əhəmiyyətindən söz açıb və tədbirin işinə uğurlar arzulayıb. Proqram çərçivəsində məruzəçilər Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti, gənclərin cəmiyyətin inkişafındakı rolu və milli dəyərlərin qorunması mövzularında çıxışlar ediblər.

Konfrans hazırlanmış bədii hissə ilə davam edib və tədbir yüksək əhval-ruhiyyə şəraitində yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: