“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 fevral Gənclər Günü ilə bağlı üzv təşkilatların gənc həmkarları ilə görüş

02/02/2026, 18:30
xeber1

ETİHİ Səbail Rayon Komitəsində 2 fevral Gənclər Günü ilə bağlı üzv təşkilatların 26 gənc həmkarları ilə görüş keçirilib. Görüşdə Ümummilli lider Heydər Əliyevin və onun davamçısı Qalib-Prezidentimiz, cənab İlham Əliyevin gənclər siyasətinə verdiyi önəmdən, müəllimlərin təhsil verdiyi gənclərin Vətən müharibəsində göstərdiyi sücaətdən və sülh şəraitində gənclərin elm, təhsil və digər sahələrdə uğurlarından söhbət edilib.

Görüş zamanı gənclərin kommunikasiya, assosiativ düşüncə və özünüinkişafla bağlı təlim və intellektual qrup oyunları keçirilib.

Tədbirdə iştirak edən gənclərə təşəkkürnamələr və hədiyyələr təqdim edilib. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: