Xəbərlər
2 Fevral – Gənclər Günü münasibətilə Quba Peşə Liseyində idman yarışı
31/01/2026, 03:37

Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Müxtəlif dövrlərdə, hər zaman, cəmiyyətin bütün sahələrində gənclərimizə dəstək olmuşuq. ETİHİ Quba rayon komitəsi və Quba Peşə liseyinin ilk həmkarlar təşkilatı ilə birgə 2 Fevral – Gənclər Günü münasibətilə Quba Peşə liseyində tələbə həmkar üzvləri arasında idman yarışı keçirildi. Yarışda qalib gəlib, I, II, III, IV yeri tutan tələbələrimiz təşəkkürnamə və müxtəlif qiymətli hədiyyələrlə təltif edildilər.




