Xəbərlər
2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirildi

2 fevral 2026-cı il tarixdə Oğuz rayon Təhsil sektoru və ETİHİ Oğuz rayonu Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü qeyd olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Oğuz rayon sektorunun müdiri Şaiq Rüstəmov və gənc müəllimlər iştirak etmişlər.
Çıxış edənlər gəncləri Gənclər Günü münasibətilə təbrik etmiş, onlara səmimi arzularını çatdırmışlar. Tədbir intellektual oyunla davam etdirilmişdir.
Sonda qalib komandalar və bir qrup gənc müəllim fəxri fərmanlarla təltif olunmuşdur.














