Xəbərlər
2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər və rayon komitələrinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə fəal gənc həmkarlar ittifaqı üzvləri iştirak ediblər. Gənclərin təhsil və ictimai həyatda fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi mövzusunda səmimi və ruhlandırıcı söhbətlər aparılıb.
Tədbirdə fərqlənən gənc ittifaq üzvləri göstərdikləri fəallığa görə fəxri fərmanlar və gül buketləri ilə təltif olunublar. Bu diqqət və qayğı gənclərin gələcək fəaliyyətinə əlavə stimul olub.
Gənclərimizi təbrik edir, onlara təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!






