Xəbərlər
2 fevral "Gənclər günü "münasibətilə Yevlax Şəhər Peşə məktəbində tədbir təşkil edilib.

2 fevral "Gənclər günü "münasibətilə Yevlax Şəhər Peşə məktəbində tədbir təşkil edilib.
Tədbirdə ETİHİ Yevlax Şəhər Komitəsi , Məktəb kollektivi və tələbələr iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirib, sonra Ümummilli Lider və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb rəhbərliyi və ETİHİ Yevlax Şəhər Komitəsi sədri gənc müəllimləri və tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.Məktəbin fəal tələbələri rəqs edib,şeirlər söyləyib, musiqi alətində ifalar ediliblər.
Tədbir zamanı məktəbin gənc direktoru və müəllimi Fəxri fərman və hədiyyə ilə, tələbələr isə Təşəkkürnamə və hədiyyələrlə təltif ediliblər.Xatirə şəkilləri çəkilib.
Sonda ittifaq üzvləri onlara göstərilən diqqət və qayğıya AHİK və ETİHİ Respublika Komitəsinə təşəkkür ediblər.



















