“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral "Gənclər Günü" qeyd olunub.

02/02/2026, 15:09
xeber1

ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təhsil işçilərinin iştirakı ilə tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Tədbirin əsas məqsədi gənclərin təhsil sistemində rolu, onların intellektual potensialının inkişafı, cəmiyyətin tərəqqisində fəal iştirakının təşviqi, eləcə də gənclər siyasətinin əsas istiqamətləri ətrafında fikir mübadiləsinin aparılması olub.


Sonda bir qrup müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: