“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

03/02/2026, 09:39
xeber1

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan,İmişli,Saatlı ,Sabirabad rayon komitələrinin dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov,Həmkarlar İttifaqının Beyləqan,İmişli,Saatlı ,Sabirabad rayon komitələrinin sədrləri, idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri,həmçinin ümumi təhsil müəsissələrində çalışan bir qrup gənc müəllim və əməkdaş iştirak ediblər.

Təıdbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Vətənimizin müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasında təhsil müəssisələrinin xüsusi rolunu vurğulayıb.

Tədbirin sonunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan bir qrup fəal gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Rəsmi hissədən sonra görüş bədii proqramla davam edib və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: