Xəbərlər
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
---
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan,İmişli,Saatlı ,Sabirabad rayon komitələrinin dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri,həmçinin ümumi təhsil müəsissələrindəçalışan bir qrup gənc müəllim və əməkdaş iştirak ediblər.
Təddbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Vətənimizin müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasında təhsil müəssisələrinin xüsusi rolunu vurğulayıb. O, gənc müəllimlərin və təhsil işçilərinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm missiya daşıdığını qeyd edərək, bütün gənclərə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan bir qrup fəal gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Rəsmi hissədən sonra görüş bədii proqramla davam edib və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb.
















