Xəbərlər
2 N-li Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivləri üçün gəzinti təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə 2 N-li Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivləri üçün Göygöl və Gədəbəy rayonlarına birgünlük gəzinti təşkil olunub.
Gəzinti iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektivlər arasında mehriban münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyıb. Təbiətin gözəllikləri ilə zəngin marşrut iştirakçılarda xoş təəssüratlar yaradıb və onlar göstərilən diqqət və qayğıya görə Gəncə Şəhər Komitəsinə təşəkkürlərini bildiriblər.





