Xəbərlər
2 nömrəli tam orta ümumtəhsil məktəbinin qabaqcıl riyaziyyat müəllimi, sabiq tədris işləri üzrə direktor müavini Əliyeva Gülxar Ağadadaş qızının 70 illik yubiley tədbiri keçirilmişdir.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı A.Aslanov adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin qabaqcıl riyaziyyat müəllimi, sabiq tədris işləri üzrə direktor müavini Əliyeva Gülxar Ağadadaş qızının 70 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə DŞRTİ İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitısinin sədri Hafiz Kərimov, kollektiv və ailə üzvləri iştirak etdilər. Kollektiv üzvləri və gələn qonaqlar Gülxar müəllimənin həyat və iş fəailiyyəti haqqında xoş xatirələr söyləyərək ona sağlam ömür və xoş istirahət arzuladılar. Qeyd olundu ki, Gülxar Əliyeva ömrünün 50 ilindən çoxunu İsmayıllı rayonun təhsilinin inkişaf etdirilməsinə sərf eləmiş, minlərlə şagirdin təlim tərbiyəsində ,onların həyatda uğur qazanmasında əməyi, izi olan bir pedaqoq, yaxşı təhsil işçisi olmuşdur.
O, işlədiyi müddətdə ədalətli, prinsipial, tələbkar,eyni zamanda qayğıkeş rəhbər kimi tanınmış, gənc müəllimlərin yetişməsində və onlara dəstək göstərilməsində böyük rolu olmuşdur. Gülxar müəllimənin təhsilə olan sevgisi, peşəsinə sədaqəti, yüksək məsuliyyət hissi, kollektivdə qazandığı hörmət və nüfuz təqaüddə olsa da gənc nəslə hər vaxt örnək, nümunədir.
Gülxar Əliyeva 70 illik yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.
Gülxar müəlliməni 70 illik yubiley yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adınfan təbrik edir, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.








