“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 №Lİ MƏKTƏB-LİSEYİN İTTİFAQ ÜZVLƏRİNİN QUBA SƏFƏRİ

16/06/2026, 17:06
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 20 saylı məktəb-liseyin ittifaq üzvləri üçün Quba şəhərinə bir günlük səfər təşkil edilib.

Səfər zamanı ittifaq üzvləri Quba rayonunun füsunkar təbiəti, zəngin tarixi və görməli məkanları ilə yaxından tanış olublar. Azərbaycanın ən gözəl bölgələrindən biri hesab olunan Qubanın təbii gözəllikləri, dağ mənzərələri və təmiz havası iştirakçılarda xoş təəssüratlar yaradıb.İttifaq üzvləri səfər boyunca maraqlı və yaddaqalan anlar yaşayaraq xoş vaxt keçiriblər.

Qubanın təbii və tarixi zənginlikləri ilə tanış olan ittifaq üzvləri səfərdən xoş təəssüratlarla ayrılıblar. Birgə keçirilən bu səfər onların yaddaşında unudulmaz xatirələrlə qalıb.

İttifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğı, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: